Sosial
Cəmiyyətdə aqressiyanın qarşısını almaq üçün nə etməliyik? - TƏKLİF
“Bir müddət bundan əvvəl Bakıda idman yarışında bir gəncin digər gənci bıçaqlayaraq qətlə yetirməsi cəmiyyətdə haqlı olaraq böyük əks-səda doğurdu. Cəmiyyətimizin gələcəyini düşünən hər bir insanı ciddi sarsıtdı. Bu gün insanları ən çox narahat edən məsələlərdən biri cəmiyyətdə getdikcə artan aqressiya və şiddətdir. Belə halların qarşısının alınması üçün ölkəmizdə geniş maarifləndirmə və təbliğat işlərinə ciddi ehtiyac var”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O hesab edir ki, bəzən filmlərimizdə və bir sıra musiqi janrlarında gənclərə belə həyat tərzi təbliğ olunur. Bu da birmənalı olaraq gənclərin tərbiyəsinə ciddi təsir göstərir:

“Əgər belə halların baş verməsini istəmiriksə, gənclərə aqressiya, gücə meyl yox, insanlara sevgi və mərhəmət hisləri aşılanmalıdır. Bu məsələdə ailə, bağça, məktəb və idman müəssisələrinin üzərinə böyük məsuliyyət düşür”.
C.Məmmədovun sözlərinə görə, orta və ali məktəblərdə təhsillə yanaşı, tərbiyə işinə də xüsusi önəm verilməlidir:
“Bütün bu qurumlar layiqli, məsuliyyətli və mərhəmətli vətəndaş yetişdirilməsi prosesinə öz töhfələrini verməlidirlər. Burada müəllimlərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar da öz fəaliyyətlərində tərbiyə işinə xüsusi həssaslıqla yanaşmalıdırlar.
Cəmiyyətləri uçuruma aparan laqeyd və biganəlikdir. Əgər tərbiyə, təbliğat və maarifləndirmə işi bu istiqamətdə qurulmasa, gələcəkdə biz belə hallarla daha tez-tez rastlaşacağıq. Odur ki cəmiyyətin hər bir üzvü bu kimi məsələlərdə çox həssas yanaşmalıdır”.
Akqabay Mıradov
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı




































.jpg)