Sosial
Qarabağda Volkov-Vardanyan təxribatı - Sərhəd-buraxılış məntəqələri qurulmalıdır
“Bu etirazlar xalqın səsidir. Daha da güclənməlidir. Nə qədər ki, rus kontingenti ərazi bütövlüyümüzü pozur, sülhməramlı adı ilə cinayətkarlıq edir, terror qruplarını ölkəmizə qarşı silahlandırır, bu etirazlar daha da kütləviləşməlidir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, rus hərbi kontingenti gəldikləri gündən bizə qarşı açıq şəkildə düşmənçilik edir:
“Sülhməramlılar Azərbaycan xalqına və dövlətinə qarşı cinayət etmiş ünsürlərin müdafiəsi ilə məşğuldurlar. Onlar imkan vermir ki, Azərbaycan vətəndaşı öz ərazisinə daxil olsun. Amma xarici ölkələrin vətəndaşları, cinayətkarlar və separatçılar asanlıqla bölgələrimizə girir. Bizim ərazimizdə bizim əsgərlərimizə atəş açırlar və müharibəyə hazırlaşırlar”.
Deputat hesab edir ki, bütün təxribatlar Volkov-Vardanyan tərəfdaşlığı sayəsində törədilir. Bu səbəbdən etirazların gücünü artıraraq onlara öz yerini göstərmək lazımdır: “Onlara başa salmaq lazımdır ki, bura Azərbaycan ərazisidir. Siz buraya təhlükəsizliyi təmin etmək üçün gəlibsiniz, qanunlarımızı pozmaq üçün yox. Ərazilərimizə 2 dəstə İran terror-diversiya qrupları gəlib. Allah bilir, bəlkə 2 deyil 22-dir. İran xüsusi-xidmət orqanları ilə ASALA-nın əməkdaşlığı hələ birinci Qarabağ müharibəsindən bizə məlumdur. Avropa ölkələrindən bizə dost olmayan jurnalistləri buraxırlar. Onlar da gəlib ölkəmizin əleyhinə müsahibələr götürürlər, ancaq azərbaycanlı jurnalistlər öz ərazisinə girə bilmir. Bunların hamısı özlərini “sülhməramlı” adlandıran həmin cinayətkar hərbi kontingentin başının altından çıxır”.
E.Məmmədovun sözlərinə görə, Azərbaycan nəticə əldə etmək üçün təkcə etirazla kifayətlənməməli, o yolda sərhəd-buraxılış məntəqələri qurmalıdır:
“Düşünürəm ki, hazırda baş verən etirazlar nəticəsini verəcək. Bununla yanaşı, biz Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin postunu yaratmalıyıq. Çünki bura bizim torpağımız və ərazimizdir. Zənn etməsinlər ki, bununla məhdudiyyət tətbiq edirik, yox, biz yolu bağlamırıq. Gediş-gəlişi təmin edirik, lakin ərazimizə kim gəlir, kim gedir, nə gətirirlər, nə aparırlar, bu, bizim icazəmizlə, nəzarətimizlə olmalıdır. Başqa şəkildə yolverilməzdir”.
Ayşən Rəhim
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























