Sosial
Zəngəzur dəhlizi açılır? - Ortaya çıxan analogiyaya görə...
"Ermənistan mətbuatı idda edir ki, Azərbaycan Laçın dəhlizinin açılması müqabilində Zəngəzur dəhlizini Ermənistandan qopara biləcək. Təxminən polemika bu yöndə gedir: "Vaxtilə Paşinyan Kəlbəcəri, Laçını, Ağdamı döyüşsüz təhvil verəndə dedilər ki, bu, 30 minlik erməni qoşununu mühazirədən çıxarmaq üçündür. İndi də Zəngəzur dəhlizini açacaqlar və deyəcəklər ki, Laçın dəhlizinin açılması üçün lazımdır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ölkə başçısı Ermənistan tərəfinin “şıltaqlıqlarına” cavab verib: “Əgər Zəngəzur dəhlizi olmayacaqsa, o zaman Laçın dəhlizi də olmayacaq:
“Bu mövzu ətrafında müəyyən gəzişmələr olub, çox fikirlər söylənilib. İlk axtlar hadisələr başqa şəkildə cərəyan edirdi. Belə ki, Ermənistan əvvəllər deyirdi ki, Zəngəzur dəhlizi dəhliz yox, yol olmalıdır. O yol da Ermənistanın suverən ərazilərindən keçdiyi üçün biz orada gömrük və sərhəd xidmətini təşkil etməliyik. Demək olar ki, sərnişindən tutmuş yük qatarına qədər hamısını yoxlamalıyıq.
Azərbaycan isə buna cavab olaraq bildirdi ki, belə olduğu halda biz Laçın yoluna həm sərhəd, həm də gömrük xidməti qoyaraq gəlib-gedənlərin hesabatını aparacaq və yüklərə baxış keçirəcəyik. Müəyyən qədər İran və Fransanın təkidləri nəticəsində ermənilər Zəngəzur dəhlizinin açılmasına birmənalı qaydada etiraz etdi. Etirazlara növbəti dəfə cavab verən ölkə başçısı İlham Əliyev dedi ki, Zəngəzur dəhlizi, xüsusilə də dəmir yolu olmayacaqsa, onda Laçın yolu da olmayacaq”.
Q.Hüseynli deyir ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqələri hələ sovet dövründən Zəngəzur dəhlizi vasitəsi ilə baş tutub:
"2020-ci ilin 10 noyabr tarixində imzalanmış bəyanata əsasən hazırda da Azərbaycan-Naxçıvan əlaqələri sözügedən dəhliz ilə həyata keçirilməli idi. Ermənistan dağıdıcı mövqeyi ilə bu ideyanı gözdən salmağa çalışıb və müəyyən qədər ictimai rəyə çevirə bilib. Ermənilər Azərbaycanın suverən torpaqlarında yaşayır və ərazilərimizdə bir növ Ermənistanla əlaqəyə ehtiyacı olan bir toplum kimi dərk edilir”.
Politoloq bildirib ki, son vaxtlar ortaya çıxan analogiyaya görə, Zəngəzur dəhlizi, dəmir və şosse yolu olmayacaqsa, onda Laçın yolu da fəaliyyət göstərməyəcək:
"Azərbaycan tərəfi öz ərazimizdə monitorinq keçirməyə icazə verməyən Vardanyanın pozucu qruplaşmasına qarşı vəziyyəti dəyişməyə çalışır".
Ayşən Rəhim
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı










.jpg)


























