Sosial
Blokadada Xankəndidir, yoxsa Naxçıvan? - Erməni həyasızlığına cavab
“ Ermənistan yenə car çəkir , haray salır və iddia edir ki, guya Azərbaycan baş verən son etirazlar çərçivəsində Xankəndi yolunu blokadaya alır. Halbuki, 30 ilə yaxın bir vaxtdır Naxçıvan blokdada deyilmi? Onlar yenə də özlərinə xas əsassız cəfəngiyyatlarla canfəşanlıq edirlər. Artıq 100 ildən çoxdur ki, saxta tarix uydurub buna inanırlar və onu bütün dünyaya bəyan edirlər. Həmin ənənə davam edir. Orada dinc aksiyaların keçirilməsi, hər hansısa bir blokadaya hesablanmayıb. Sadəcə xalqımız öz qanuni haqlarını tələb edir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, ərazilərimizdə olan təbii qızıl yataqlarının pirat üsullarla vəhşicəsinə talan edildiyinin və onun başqa ölkələrə daşındığının şahidi oluruq. Ermənilər iqtisadi zərər vurmaqla yanaşı regionun ekoloji tarazlığının pozulmasına da gətirib çıxarır.
“General Volkovla əldə olunan razılaşmalara görə, bu günlərdə növbəti görüş keçirilməli idi və həmin mədənlərdə monitorinq keçirilməsi təmin olunacaqdı. Əfsuslar olsun ki, rus sülhməramlıları yerli erməni separatçıların əli ilə çirkli pulların yuyulmasında ad çıxarmış yaramaz Vardanyanla əlaqə qurdular və yerli ermənilərlə süni etiraz aksiyası keçirdilər”,- o diqqətə çatdırıb.
N.Məhəməliyevin sözlərinə görə Ermənistan bizə başqa çıxış yolu qoymadı. Onlar məcbur etdi ki, biz etirazımızı bu formada qeyd edək: “Oraya toplaşan nümayəndələr general Volkovdan qanunsuz hərəkətlərinə görə cavab istəyirlər . Amma Volkov artıq 3-cü gündür ki, sualları və tələbləri cavabsız qoyur. Görüşə gəlmir və yayınır. Belə olan halda daha çıxış yolu yoxdur. Biz hələ ki, dinc yollarla öz haqqımızı təlb etməliyik”.
Son olaraq deputat N.Məhəməliyev bildirib ki, nə qədər ki, gec deyil ermənilər başa düşməlidir ki, Rusiya sülhməramlılarının fəaliyyəti onların özlərinə də ziyandır.
“Konkret danışığa gəlməli təbii sərvətlərin istismarına son qoymalıdırlar. Azərbaycan qanunverciliyinə uyğun şəkildə buna əməl etməlidirlər. Birmənalı olaraq Qarabağ Azərbaycan ərazisidir və dövlət öz əmlakına, ərazisinə sahib çıxmalıdır”.
Ayşən Rəhim
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


