Sosial
İşğaldan azad olunmuş kəndə qaz çəkildi - VİDEO
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq qaz təchizatı məqsədilə yaşayış məntəqələrində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu istiqamətdə görülən ilkin iş Tərtər rayonunun Talış kəndinin qazlaşdırılması olub. 15 dekabr tarixindən etibarən Talış kəndinə polietilen borularla daşıyıcı yeraltı qaz kəmərinin çəkilməsi işlərinə başlanılıb. Vaxt məhdudiyyəti nəzərə alınaraq qazıntı işlərinə çox sayda müxtəlif texnika və işçi qüvvəsi cəlb edilməklə iki növbəli iş rejimində günün gecə vaxtlarında da işlər davam etdirilib. Yeraltı daşıyıcı qaz kəmərinin tikintisi gedişatında qazıntı işlərindən öncə qaz kəmərinin dəhlizi boyunca ANAMA tərəfindən aparılmış mina təmizləmə əməliyyatları zamanı çoxsaylı mina aşkar olunub və zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb. Qısa müddət ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq qaz kəməri qaz təchizatı mənbəyinə qoşulub. Məlumat üçün bildirək ki, yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir.
Video materialda izləyə bilərsiniz:
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

