Sosial
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyaları keçiriləcək
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.
İclasda Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Vəkillər Kollegiyasında görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub.
Kollegiyanın sədri Anar Bağırov fevralın 3-dən etibarən 107 nəfər vəkilliyə namizəd üçün icbari təlimlərin başlayacağını diqqətə çatdırıb. Sədr tədrisin mürəkkəb olacağını, lakin bunun bacarıqlı və peşəkar vəkillərin hazırlanmasına müsbət təsir göstərəcəyini vurğulayıb. A. Bağırov ölkəmizdə vəkillərin sayının artdığını və bu artıma şəffaf qəbul prosesi nəticəsində nail olunduğunu bildirib.
İclasda, həmçinin Prezident İlham Əliyevin 12.01.2023-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.
Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayıb: "Hesab edirəm ki, bu gün Azərbaycan vəkilliyi məhkəmə-hüquq sisteminin əsas kadr banklarından biridir. Bu da təsadüfi deyil, çünki vəkillik institutu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisatdır".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


