Sosial
"Təlimatı eyni yerlərdən alırlar - guya Azərbaycanda dindarların kütləvi həbsi..."
"Məlum olduğu kimi, son günlər Azərbaycanın hüquq mühafizə orqanları İranla əlaqədə şübhəli bilinən şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ancaq son proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən həm daxildə, həm də xaricdə fəaliyyət göstərən destruktiv qruplar geniş təbliğata başlayıblar ki, Azərbaycanda guya dindarların kütləvi həbsi həyata keçirilir. Hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirirlər".
Publika.az xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir.
"Bu həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar. Çox böyük ehtimal, ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda da bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada da əsas məqsəd Azərbaycana təzyiqi artırmaq olacaq.
Şübhəsiz ki, bu addımlar Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən sırf təhlükəsizlik məqsədilə atılır və dünyanın müxtəlif bölgələrində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirləri təhlükəsizlik məqsədilə həyata keçirirlər. Həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə növbəti mərhələdə ictimaiyyətə geniş və ətraflı məlumatın veriləcəyinə heç kimin şübhəsi olmasın",- deyə C.Məmmədov yekunlaşdırıb.
Ayşən Rəhim
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


