Sosial
Pensiya alanlara mühüm xəbər - Prezident iki fərman imzaladı, artım ola bilər
Xəbər verdiyimiz kimi, “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Həmçinin Prezidentin növbəti fərmanı ilə “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu fərmanlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
İqtisadçı ekspert Eldəniz Əmirov Publika.az-a bildirib ki, sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi praktikası dünyada mövcuddur. Onun sözlərinə görə, vəsaitlər risklər nəzərə alınaraq istiqamətləndirilərsə, effektiv nəticəsi olacaq:
“Bu mexanizmin Azərbaycanda da uğurla qurulması mümkündür. Prezident bunun reallaşdırılması ilə bağlı fərman imzalayıb. Qeyd etmək lazımdır ki, bu, kifayət qədər geridönüş riski olan bir məsələdir. Ələlxüsus da, hazırkı məqamda. Çünki məlumdur ki, kifayət qədər pulu olan investorlar var ki, onlar yatırım etməyə uyğun, riski az olan yer tapa bilmirlər. İstənilən investisiyada müəyyən risklər mövcuddur”.
Sərbəst vəsaitlərin investisiyaya yönəldilməsinin pensiya və əmək haqlarına təsirindən danışan ekspert qeyd edib ki, yatırılmış investisiyada ciddi risklər yaranarsa, pensiyalar üçün problemə çevrilə bilər:
“Pensiya kapitalının investisiya olaraq yatırılması məsələsində diqqətli olmaq lazımdır. Fərmana əsasən işsizlikdən sığorta fondunun sərbəst vəsaiti də investisiyaya yönəldiləcək. Dünya təcrübəsində də geniş istifadə olunur ki, fondlar öz sərbəst vəsaitlərini investisiya tipli fəaliyyətə yönəldirlər. Bunun hesabına fondun gəlirləri artır. Fondun gəlirlərinin artması isə fonddan maliyyələşən istiqamətlərdə təminetmə səviyyəsini artırır. Yəni işsizliklə bağı ödənişlərdə, eyni zamanda pensiyalarda artım ola bilər. Amma bir şərtlə ki, bu vəsait doğru istifadə olunsun. Həmçinin ən vacib faktor investisiya portfelinin doğru idarə edilməsi, investisiyanın doğru istiqamətə yatırılması, risklərin dəqiq hesablamasıdır”.
Ekspertin sözlərinə görə, investisiyanın geridönüş imkanları doğru təhlil edilməlidir.
“Əgər fondun vəsaitləri doğru olmayan istiqamətə investisiya edilərsə, bu, sonradan ciddi problemə çevrilə bilər. Məsələn, hazırda Dövlət Neft Fondunun vəsaitləri müəyyən istiqamətə investisiya edilir. Məzənnə dəyişikliyi, qızılın, daşınmaz əmlakın qiymətində olan dəyişikliklər və s. səbəbindən baş verən itkilər fondun vəsaitinin itkisi hesab olunur. Eyni proses pensiya fondu üzərində baş versə necə olacaq? Ona görə də bu məsələyə digər fondlarda olduğu kimi deyil, daha həssas yanaşılmalıdır”.
Akqabay Mıradov
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO