Sosial
Təhlükəli ştamm sürətlə yayılır - Ölkədə vəziyyət yenidən pisləşəcək?
Dünya mediası yenidən COVID-19 xəbərləri ilə həyəcan təbili çalışır. İlk dəfə Hindistanda aşkar edilən koronavirusun yeni Arkturus ştammı artıq 29 ölkədə yayılıb. Yeni mutant qonşu Rusiyada da aşkarlanıb. Xarici mütəxəssislər bildirirlər ki, Arkturus çox yüksək yoluxuculuq qabiliyyətinə malikdir, hətta sələflərindən daha yoluxucudur, digər ştamlara nisbətən daha yüksək qızdırmaya səbəb olur. Həmçinin qeyd edirlər ki, bu, hazırda maraq doğuran, lakin narahatlığa səbəb olmayan bir variantdır.
COVID-19-un yeni alt variantı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da diqqətini çəkib. Təşkilatın məlumatına görə, “Bu, Omikronun yeni variantıdır, XBB.1.16, başqa adı ilə “Arcturus”. COVID-19-un əvvəlki variantlarının bir çox tanış simptomlarını, həmçinin yeni bir simptomu yaradır: Konjonktivit simptomu - Toplumda qırmızı göz xəstəliyi olaraq bilinir. Gözün bəyaz hissəsini örtən şəffaf təbəqə və göz qapaqlarının içini əhatə edən şəffaf toxumanın iltihabıdır”.
Yeni mutasiyadan əvvəl həkimlər dünyada vüsət alan koronavirusa yoluxma dalğasının sona yaxınlaşmaqda olduğunu bildirirdilər. Eyni zamanda, son zamanlar yeni ştammların yayılması və yoluxmaların sayında sıçrayışlar qeydə alınmayıb, yoluxma hallarının azalması tendensiyası müşahidə edilib, xəstəliyin ağırlaşması, xəstəxanaya yerləşdirilmə və ölüm halları kəskin azalıb. Bir sözlə, cəmiyyətdə “pandemiya sona çatdı” fikri formalaşıb.
Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov bildirib ki, yeni ştammın sürətlə yayılması pandemiyanın yenidən başlamasına, 2020-21-ci illərdəki duruma qayıtmağımıza səbəb olmayacaq.
“Yenidən hər şeyin başladığı 2020-ci ilə qayıtmağımız qətiyyən mümkünsüzdür. Hansı ştamm yaranırsa yaransın, artıq insanlarımızın immun sisteminin bu xəstəliklə tanışlığı var. Hansı ştamm olmasından asılı olmayaraq, bizim üçün yenidən pandemiya təhlükəsi yarada bilməyəcək. Bəzi yerlərdə lokal nələrsə yarana bilər, amma bu gün COVID-19 pandemiyasına geri dönməyimiz mümkünsüzdür”.
Professor qeyd edib ki, istənilən infeskiya, respirator sinsitial virus (RSV) infeksiyası, adenovirus, venavirus, hətta qrip belə daim mutasiyaya uğrayır:
“Virusların mutasiyaya uğraması normaldır. Necə ki, insanların həyat tərzi olduğu kimi, virusların da həyat tərzi var. Onların yaşaması üçün mutasiyaya uğramaları, yeni mutantların yaranması vacibdir. Lakin bu o demək deyil ki, onlar təhlükəli olacaq. COVID-19-un yayıldığı ilk dövrlər yeni yaranmış ştammlar təhlükəli idi, pandemiya iki ildən çox insanlarımıza əziyyət verdi. Hesab edirəm ki, artıq bundan sonra COVID-19-un təhlükəsi yoxdur. Bu gün hətta düşünürəm ki, kütləvi surətdə qlobal vaksinasiyanın rolu azalıb. Bizim üçün COVID-19 dönəmi bitmiş hesab olunur. Dünya üçün necədirsə, Azərbaycan üçün də elədir. Pandemiya dövrü sona çatıb”.
Arkturus variantı digər COVID-19 ştammlarından nə ilə fərqlənir?
Məlumata görə, hər hansı kiçik təmas infeksiyaya və xəstəliyin inkişafına səbəb olur. ABŞ-ın “Lenox Hill” hospitalının infeksiyaların qarşısının alınması üzrə direktoru Hannah Nyuman yeni variant haqda bunları deyib: “Profil baxımından əvvəlki omikron alt variantlarına bənzədiyi bildirildi, lakin sünbül zülalındakı əlavə mutasiya onun artan yoluxuculuq və patogenlik potensialını ortaya qoyur. Bu ştamm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “nəzarət altında olan variant” hesab olunur”.
Vanderbilt Universitetinin Yoluxucu xəstəliklər kafedrasının professoru Dr. Villiam Şefner də qeyd edib ki, Arkturus Omikronun alt variantıdır, buna görə də onunla əlaqəlidir: “Sünbül zülalında əlavə bir mutasiya var ki, bu da onu Omikrondan daha yoluxucu edir. Bu yeni variant əvvəlki variantlarla eyni xəstəliyi yaradır və çox ağır görünmür, lakin onu fərqli edən bəzi klinik xüsusiyyətlər var. Birincisi, yüksək hərarətə səbəb olur. Omikron qızdırmaya səbəb ola bilər, lakin qızdırması olmayan bir çox insan yoluxur. Arkturus variantında qızdırma səbəbi bu variantda fərqli olan bədəndəki iltihablı reaksiyadır. Daha fərqli olan başqa bir şey, xüsusən də uşaqlarda, gözün xarici hissəsinin iltihabı olan konjonktivit meydana gətirmə meylinin olmasıdır”.
Mütəxəssislər qeyd edirlər ki, son üç il ərzində özümüzü COVID-19-dan qorumaq üçün istifadə etdiyimiz eyni üsullar ən son Arkturus variantında da tətbiq olunur.
H.Nyuman insanlara maska taxmağı, sosial məsafəni qorumağı, əlləri yumağı və açıq havada və ya yaxşı havalandırılan yerlərdə vaxt keçirməyə tövsiyə edib. Həkim qeyd edib ki, peyvənd olunmaq COVID-19-la əlaqəli ciddi xəstəliklərin qarşısını almaq üçün edə biləcəyimiz ən yaxşı şeylərdən biridir.
Şefner əlavə edib ki, əgər siz yüksək risk qrupundasınızsa - 65 yaşdan yuxarı və ya əsas xəstəliyi olan hər hansı bir yaşdasınızsa, hamiləsinizsə, immun çatışmazlığınız varsa, bu qruplar maska taxmağa davam etməli və insanların çox olduğu qapalı məkanlara getməməyə çalışmalıdırlar.
Akqabay Mıradov
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər
-
İKT21 Noyabr 23:36
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
-
Magazin121 Noyabr 23:12
Lüt Xalq artisti nəyi sübut etmək istəyir? - Müğənni onları yıxıb sürüdü - VİDEO
-
MDB21 Noyabr 22:50
Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI
-
Magazin121 Noyabr 21:36
Sənubər İsgəndərli “Altın Kelebek”də - FOTO