Sosial
Pensiya alanlara mühüm xəbər - Baş nazir göstəriş verdi, artımlar ola bilər
2023-cü ilin dövlət büdcəsinə yenidən baxılacaq. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Bəs dövlət büdcəsinə yenidən baxılması sosial sahələrə necə təsir edəcək? Ən əsası, vətəndaşlar büdcəyə edilmiş dəyişiklikləri necə hiss edəcəklər, sosial müavinət, təqaüd, pensiyalarda yenidən artım ola bilərmi?
Mövzu ilə bağlı Publika.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşmə) zəmin yaradıb.
Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılmasında əsas məqsəd, bütövlükdə büdcə gəlirlərində, eləcə də xərclərində artımın nəzərə alınmasıdır:
“2023-cü ilin birinci rübünün yekunları göstərir ki, büdcə daxilolmalarında artımlar var. Eyni zamanda, praktiki icra proqnozu nisbətən yüksək olduğu üçün bu, büdcədə dürüstləşmənin aparılmasına və dəyişikliklərin edilməsinə imkan yaradır. Məqsəd daha çox vəsaitin sosial istiqamət daxil olmaqla, prioritet istiqamətlərə yönəldilməsidir”.

Millət vəkili qeyd edib ki, büdcəyə ediləcək dəyişikliklərdən sonra gəlir və xərclərdə artımların olacağı gözlənilir:
“Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15,2 milyard manat sosial sahəyə yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir. Burada məqsəd sosial təminatın daha da gücləndirilməsidir. Ona görə də 2023-cü ildə sosial paketin genişləndirilməsi prioritet olaraq qalır. Təkliflərimiz də ondan ibarətdir ki, büdcəyə dəyişikliklər edilən zaman məhz Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq xərc maddələrinə baxılıb artırılması həyata keçirilsin”.
Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri 33,3 milyard manatdır. 2023-cü il dövlət büdcəsinin kəsiri 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4 faizi səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin son məlumatına görə, birinci rübdə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat (2022-ci ilin yanvar-martı ilə müqayisədə 18,3 faiz artım) olub. Eyni zamanda, mədaxil planı 104,8 faiz yerinə yetirilib. Birinci rübdə dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat (artım 16,7 faiz) olub, proqnoza 111,6 faiz əməl edilib. Nəticədə 2023-cü ilin yanvar-martında dövlət büdcəsinin profisiti 1 milyard 723,1 milyon manat və ya hesabat dövründə ÜDM-in 5,68 faizini təşkil edib.
Akqabay Mıradov
-
Magazin206:46Burakın alacağı qonorar dodaq uçuqlatdı
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
















.jpg)









.webp)










