Sosial
"Nar" yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur
"Nar" yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir. Layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar”, bu dəfə 25 yeniyetmənin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb.
“Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində uşaq evlərindən və aztəminatlı ailələrdən olan bu gənclərə dünya, Avropa və olimpiya çempionlarının məşqçiləri təlim keçəcək. Narın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bu təlimlər vasitəsilə onlara peşəkar boksda uğurlu karyera qurmaq üçün əvəzolunmaz şans verildiyini qeyd edib: "Yeniyetmələrin fiziki rifahına sərmayə qoymaqla Nar olaraq, boks rinqini aşan və onların həyatına müsbət təsir göstərən nizam-intizam, əzmkarlıq və möhkəmlik kimi dəyərləri aşılamağı hədəfləyirik, ümid edirik ki, gələcəkdə bu gəncləri dünya, Avropa və olimpiya çempionu kimi görəcəyik”.
"Nar" sosial məsuliyyətli şirkət olaraq, diqqəti uşaq evləri və aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi














.webp)










.jpg)





.jpg)




