Sosial
Dağlar gözəli Şuşadan FOTOLAR
Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Payız fəslində isə şəhər, xüsusən də Cıdır düzü, Xan qızı bağı, Şuşa qalasının ətrafı boyalarla işlənən tablonu xatırladır.
Ətrafdakı dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı təzə-tər otların göz oxşayan yaşıllığı, yarpaqların, otların arasından boylanan müxtəlif rəngli incə çiçəklər, qayaların arasında bitən itburnu və yemişan kolları, gün ərzində şəhərin gah bu, gah da digər tərəfini bürüyən duman görənləri valeh edir. Bu gözəllikləri seyr edərək gəzdikcə payız otlarının yumşaqlığını və yarpaqların xışıltısını hiss edir, sanki başqa, sirli-sehrli bir aləmə düşürsən.
Publika.az AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun Şuşada çəkdiyi fotoları təqdim edir:














-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
-
Sosial12:29Günay Əliyevaya vəzifə verildi - FOTO



































