Dünya
Tramp altı mərtəbəli bunker tikdirir - İanələr hesabına
Ağ Evin bal zalının altında altı mərtəbəli bunker inşa olunur.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama yayıb.
Onun sözlərinə görə, layihə həm mülki, həm də hərbi funksiyaları əhatə edir: “Bal zalının damı hərbi məqsədlər üçün nəzərdə tutulub və dronlara qarşı dayanıqlı konstruksiyaya malikdir. Bu hissə həm müdafiə, həm də Vaşinqtonun təhlükəsizliyini təmin edən dron mərkəzi kimi istifadə ediləcək”.
Layihəyə əsasən, binanın üst hissəsi yeraltı bunkeri qoruyacaq, damda isə snayper mövqeləri üçün sahələr olacaq. Bunker daxilində bomba sığınacaqları, hərbi hospital və hərbi personal üçün xüsusi otaqlar yerləşdiriləcək.
Tramp həmçinin binanın şüşələrinin gülləkeçirməz və təxminən 10 santimetr qalınlığında olacağını qeyd edib.
Tikintinin özəl ianələr hesabına aparıldığı və işlərin qrafikə uyğun davam etdiyi bildirilib. Tramp bu layihəni ABŞ-a etdiyi hədiyyə adlandırıb.
Müəllif: Roza
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir



































