Madyardan Ukrayna açıqlaması: 11 bənd yerinə yetirilməlidir!
Bizi izləyin

Dünya

Madyardan Ukrayna açıqlaması: 11 bənd yerinə yetirilməlidir!

Madyardan Ukrayna açıqlaması: 11 bənd yerinə yetirilməlidir!

Macarıstanın Baş naziri Peter Madyar Budapeştin Ukraynada tezliklə uzunmüddətli atəşkəsin əldə olunmasını dəstəklədiyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Macarıstan hökumət başçısının sözlərinə görə, münaqişə mümkün qədər tez tənzimlənməlidir. Bundan əlavə, Baş nazir Macarıstan ilə Ukrayna arasında hazırda davam edən danışıqların uğurla başa çatacağına və iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Peter Madyar daha əvvəl Ukraynanın Avropa İttifaqına daxil olması üçün əsas şərtini irəli sürüb. “Bizim yerinə yetirilməsini istədiyimiz həmin 11 bənd Avropadakı bütün azlıqlara verilən hüquqlardır, biz artıq heç nə tələb etmirik”, - deyə Baş nazir vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm