Sosial
“Azəriqaz” şəhid ailəsinin iki istəyini yerinə yetirdi - VİDEO
Tərtər RQİİ-nin rəhbər şəxsləri Ağcabədi rayonunun Füzuli küçəsində yerləşən fərdi yaşayış evlərindən birinə baxış keçiriblər.
Publika.az xəbər verir ki, səbəb isə şəhid ailəsinin SOCAR “Azəriqaz” İB-yə ünvanladığı müraciət olub.
Belə ki, 44 günlük Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun ailəsi yaşadığı evin qazlaşdırılmasını, həmçinin şəhidin abidəsinin və fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Şəhid ailələri və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşan SOCAR “Azəriqaz” İB qısa zamanda müraciətin həllinə nail olub. Özü də iki işi 1 gündə görməklə. Əvvəlcə qaz xəttinin yeri dəyişdirilib. Daha sonra isə fərdi yaşayış evi qazlaşdırılaraq mavi yanacaqla təchiz edilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədov Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı isə şəhadətə ucalıb.
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var












.jpg)

.webp)























.png)