Bu simptomlar Yeni il şənliyinizi kabusa çevirə bilər
Bizi izləyin

Sosial

Bu simptomlar Yeni il şənliyinizi kabusa çevirə bilər

Yeni ilə sayılı günlər qalıb, artıq əyləncə planları hazırlanıb. Mütəxəssislər ilin ilk günü xəstəxanada gözlərini açmaq istəməyənlərə saxta spirtli içkilərin təhlükəsi barədə xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, Yeni il ərəfəsində saxta spirt zəhərlənmələrinə diqqət çəkən TMMOB Qida Mühəndisləri Odası İzmir Şöbə Başçısı Uğur Toprak xəbərdarlıqlar edib. Yeni il şənlikləri ilə əlaqədar istehlakın artmasından istifadə edərək saxta spirtli içki istehsal edənlərin sayında artım olduğunu bildirən Toprak qeyd edib ki, Yeni il gecəsi xüsusilə qaçaqmalçılıq və saxta spirtli içkilərlə bağlı ciddi problemlər yarana bilər.

Burada nəzərə alınması lazım olan ilk şey bildiyimiz və etibar etdiyimiz yerlərdən alkoqol almağımızdır. Ehtiyatlı olmaq lazımdır ki, içki qapalı şüşələrdə olsun. Xüsusilə metanol zəhərlənməsi ölümlə nəticələnə bilər. Korluq kimi də nəticələri ola bilər. Baş gicəllənməsi və ürək bulanması olarsa mütləq həkimə müraciət olunmalıdır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm