Sosial
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görüldü
Lider mobil operator “Tələbə Təqaüdü 2024” proqramının qalibləri ilə görüşüb. Üç mərhələli seçim prosesində fərqlənən 10 tələbə təhsil müddətinin sonunadək hər ay 300 AZN məbləğində təqaüdlə təmin ediləcək. Eyni zamanda, "Azercell" qaliblər üçün digər inkişaf imkanları da yaradacaq.
“Tələbə Təqaüdü” proqramına müraciətlərin qəbulu ötən ilin oktyabr ayında açıq elan olunub və bir ay davam edib. Bu müddət ərzində "Azercell"in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri ölkənin regionlarında da proqramın tanıtımını keçirib. Şirkət əməkdaşları bölgələrdə təhsil alan bir sıra tələbə və müəllim heyəti ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Bu il təqaüd proqramı məhz informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, data elmi və marketinq sahələri üzrə bakalavr təhsili alan sonuncu 2 kursun tələbələrini əhatə edib.
Proqrama qatılmaq üçün ümumilikdə 600-dən çox tələbə müraciət edib ki, onlardan 100-ü ilkin tələblərə cavab verərək növbəti seçim mərhələsinə dəvət alıb. İkinci seçim mərhələsində müxtəlif tapşırıqlar əsasında iştirakçıların elmi potensialı qiymətləndirilib. Bu mərhələni uğurla başa vuran tələbələr üzbəüz müsahibələrə qatılmaq imkanı əldə ediblər.
Xatırladaq ki, 2009-cu ildən etibarən təşkil edilən “Tələbə Təqaüdü” proqramından bu günədək ölkənin müxtəlif universitetlərində təhsil alan 300-ə yaxın tələbə faydalanıb.
Azərbaycanda yeni İKT mütəxəssislərinin inkişafını, tərəqqi və innovasiyaların tətbiqini diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə gördüyü işləri davam etdirəcək.
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir



















_(1).jpg)


















