Sosial
Şuşada prezident seçkiləri: aktivlik müşahidə olunur
İşğaldan azad edilən Şuşa şəhərində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində aktivlik müşahidə olunur.
Publika.az "Baku Tv"yə istinadən xəbər verir ki, Şuşada 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı seçki məntəqəsinin seçiciləri səsvermədə fəallıq göstərirlər.
Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. Səsverməni yerli və xarici müşahidəçilər izləyirlər.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
-
Nida Xəbər 13:46Sabah bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
















.jpg)



















