Bu da Azərbaycanda seçkinin şəffaf keçirildiyini göstərdi - Amonullo Xairullo
Bizi izləyin

Sosial

Bu da Azərbaycanda seçkinin şəffaf keçirildiyini göstərdi - Amonullo Xairullo

“İctimai təşkilatların, siyasi partiyaların da bu prosesdə rolu danılmazdır”.

Publika.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Tacikistanın deputatı Amonullo Xairullo Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib:

“Hər bir kəsə minnətdaram. Yaradılmış şəraitə görə şadıq. Bütün seçki məntəqələri lazımi avadanlıqlarla tam təmin olummuşdu. Seçki məntəqələrində tələb olunan stendlər, proqramlar tam səlis şəkildə hazırlanaraq təmin edilmişdi. Bu isə Azərbaycandakı seçkinin şəffaflığını göstərdi. Belə ki, Mərkəzi Seçki Komissiyası təşkilatçılığı tam təmin etmişdi. Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Firavanlıq arzulayıram”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm