Sosial
Polis Qəbələdə əməliyyat keçirdi: saxlanılanlar var - FOTO
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən Publika.az məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin satışında şübhəli bilinən Çinar Soltanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub.
Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"



























.jpg)








