"Azercell" “Biznesim" tarif paketlərində internetin həcmini artırır
Bizi izləyin

Sosial

"Azercell" “Biznesim" tarif paketlərində internetin həcmini artırır

“Azercell Telekom” MMC “Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini 2-5 GB civarında artırır. Bu artıma qarşı qiymətlər cəmi 2 manat qalxacaq.

25 mart 2024-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketləri üzrə daha əlverişli şərtlər təqdim edilməyə başlanılır. Belə ki, “Biznesim” tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmində artım edilməklə daha rahat istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilər “Biznesim” tarif paketləri üzrə digər imkanlardan (zəng\SMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər.

25 mart 2024-cü il tarixdən etibarən “Biznesim 1GB” tarifi “Biznesim 3GB” (+ 2GB), “Biznesim 3GB” tarifi “Biznesim 6GB” (+3GB), “Biznesim 5GB” tarifi "Biznesim 9GB" (+4GB), “Biznesim 10GB” tarifi "Biznesim 15GB" (+5) və “Biznesim 50GB” tarifi "Biznesim 55GB" (+5GB) adlanacaq. Qiymətlər isə 12 AZN, 17 AZN, 22 AZN, 32 AZN və 52 AZN deyil, müvafiq olaraq 14 AZN, 19 AZN, 24 AZN, 34 AZN və 54 AZN təşkil edəcəkdir.

Abunəçilər göstərilən dəyişikliklər, “Biznesim” tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə ətraflı məlumatları Şirkətin rəsmi internet səhifəsindən, həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm