Sosial
Röya Ayxanın keçmiş qayınatası yenidən məhkəməyə verildi - FOTO
Ləğv prosesində olan “Bank Standard” QSC “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin həbsdəki təsisçisi Çingiz Cəlilovu məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, bank iddiasında maddi ziyanın ödənilməsini istəyir. Lakin maddi ziyanın nə qədər olduğu açıqlanmayıb.
Hazırda iddia hakim Zaur Pirverdiyevin icraatına verilib, lakin məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2017-ci ildə Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Asim oğlu Cəlilov “Bank Standard” QSC kommersiya bankının İdarə Heyətinin sədri olmuş Səlim Eldaroviç Krimanla qabaqcadan razılaşmaqla işbirliyi qurub.
O, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoyub. Sonra özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub. Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manatı Səlim Krimanla öz aralarında bölüblər.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, İnterpol xətti ilə axtarışa verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, C.Cəlilov Xalq artist Röya Ayxanın keçmiş qayınatasıdır. Müğənni keçmiş iş adamının oğlu Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qurub, lakin cütlük 2014-cü ildə boşanıb. C.Cəlilovun cinayət işinin araşdırılması zamanı oğlu da ifadə vermişdi. (İqtisadiyyat.az)
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır










.jpg)


.jpg)


.jpg)

.jpg)
.jpg)


.jpg)











