Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
Bizi izləyin

Sosial

Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi

Azərbaycanda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməyəcək.

Publika.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Məlumata görə, taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm