Sosial
Nikah yaşı ilə bağlı yeni qərar
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
-
Sosial20:48
Avtobus və metroda gediş haqqı 50 QƏPİK OLDU
-
İdman20:36
İngiltərə - Slovakiya matçında hesab açıldı - YENİLƏNİR
-
Enerji20:27
"Aİ 92"i nə qədər bahalaşıb? - YENİ QİYMƏT
-
Sosial19:36
Faciəvi qəzada ölən müəllimin FOTOSU
-
Magazin119:00
Xatirə yenə təəccübləndirdi: "Bu da toydan fotolar"
-
Region18:22
Türkiyədə dəhşətli partlayış: 5 nəfər öldü, 63 nəfər yaralandı - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin217:10
20 gün əvvəl boşanan aktyor yeni sevgilisi ilə FOTOLARINI PAYLAŞDI
-
İdman16:00
Messi 14 ildə ilk dəfə bunu bacarmadı