Sosial
Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir - VİDEO
Evləri yanan ana və oğlu 16 gündür ki, çöldə qalır.
Publika.az xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindən gedir. Elza Balabəyovanın evi yandığından iki həftədən çoxdur ki, övladı ilə birgə skamyada gecələyir.
Ailə işıq pulunu ödəyə bilmədiyindən mənzilin elektrik enerjisi ilə təchizatı da yanğından bir neçə gün əvvəl dayandırılıb.
E.Balabəyova rəsmi qurumlara evinin təmir olunması üçün müraciət edib. Ancaq ona bildirilib ki, bunun üçün gərək büdcədən vəsait ayrılsın.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəfələrlə ana və uşağa qalmaq üçün sığınacaq təklif olunub. Ancaq onlar bundan imtina ediblər.
Qeyd edək ki, iyulun 5-də baş verən yanğına ağcaqanad dərmanının yandırılması səbəb olmuşdu.
Ətraflı süjetdə:
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
-
Sosial12:29Günay Əliyevaya vəzifə verildi - FOTO



































