Sosial
Bakıdakı su problemi bu tarixdə həll olunacaq - RƏSMİ
"Oğuz - Qəbələ su xəttində aparılan işlər sürətlə davam etdirilir".
Publika.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
"Avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz - Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.
Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.
Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır".
-
Magazin110:46Tanınmış blogerin evi YANDI: "Dəhşət idi" - FOTO
-
Nida Xəbər 09:34Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu - FOTO
-
Elm və təhsil09:00Universitetlərdə dərslər bu tarixdə yekunlaşacaq
-
Sosial07:15Çiyələk və alça bu il baha ola bilər - Səbəb
-
Dünya05:45Zelenski Ermənistana gələcək - Gizli şəkildə...
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
















.jpg)
















.png)




