Sosial
ATƏT-in müşahidəçiləri Ağcabədidə seçkiyə hazırlıq prosesini izləyiblər
“86 saylı Ağcabədi Seçki Dairəsi üzrə qeydiyyatda olan 55 min 205 seçici 54 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə 8 məntəqədə veb-kameralar quraşdırılıb. İlk dəfə səsvermə hüququndan istifadə edəcək seçicilərin sayı 833 nəfərdir. Dairə üzrə üç seçicimizin yaşı 100-dən çoxdur”.
Publika.az xəbər verir ki, bunu “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında 86 saylı DSK-nın sədri Famil İsmayılov deyib.
DSK sədri bildirib ki, ahıl yaşlı seçicilərin səsvermə hüququndan istifadə etməsi üçün lazımi addımlar atılır: “Onların sağlamlıq vəziyyəti məntəqəyə gəlməyə imkan verməsə, qanunvericiliyə uyğun şəkildə daşınan seçki qutularından istifadə ediləcək”.
İsmayılov qeyd edib ki, dairə üzrə qeydiyyatdan keçmiş 7 namizədin təşviqat kampaniyasına bərabər şərait yaradılıb. Bütün məntəqələrdə təşviqat lövhələri yerləşdirilib, seçicilərlə görüş üçün qapalı və açıq yerlər ayrılıb.
“Seçki günü səsvermə prosesini 824 müşahidəçi izləyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri dairədə və məntəqələrdə seçkiyə hazırlıq prosesini izləyiblər”, - o qeyd edib.
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır












.jpg)










.jpg)











