Sosial
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad etdi
Müasir tariximizə qızıl hərflərlə yazılan və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü tamam oldu.
Teleqra.fcom xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.
Hərbçilərimizin misilsiz fədakarlığı və şücaəti ilə otuz il düşmən işğalında qalan torpaqlarımız cəmi 44 gündə azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müharibədə millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Xalqımız hər il Anım Günündə hüzn və qüruru hissi ilə şəhidlərimizin əziz xatirəsini yad edir. İgid oğulların Vətən qarşısında böyük xidmətləri minnətdarlıqla anılır.
Sentyabrın 27-də mədəniyyət nazirinin müavinləri, aparat rəhbəri, struktur bölmələrin əməkdaşları, nazirliyin tabeliyində fəaliyyət göstərən aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Bakıda inşası davam etdirilən Zəfər parkının girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır




































