Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı
Bizi izləyin

Sosial

Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı

Dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Publika.az xəbər verir ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik səyyah qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidəyə - Xudafərin körpüsünə gəliblər.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaqlar, ərazilərdə aşkarlanan mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prossesini izləyəcəklər.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm