Anna Akopyan onlarla 1 milyonluq şam yeməyinə oturacaq: Artıq 53 nəfər pulu göndərib
Bizi izləyin

Sosial

Anna Akopyan onlarla 1 milyonluq şam yeməyinə oturacaq: Artıq 53 nəfər pulu göndərib

Oktyabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “uğurlu iş adamları” ilə giriş bileti 1 milyon dram olan şam yeməyi təşkil edəcək.

Publika.az bu barədə "Hraparak"a istinadən xəbər verir.

Xatırladırıq ki, o, aprel ayında “uğurlu qadın-iş adamlarını” milyon dram dəyərində şam yeməyinə dəvət etmişdi.

Bildirilir ki. təşkilatçılar əvvəlki tədbiri bəyəniblər, indi ikincini də təşkil ediblər. “Mənim Addımım” fondunun ofisindən sayta bildiriblər ki, şam yeməyi oktyabrın 31-i saat 18:00-da baş tutacaq.

Ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Bir nəfərin iştirakının dəyəri 1 milyon dramdır. Və hətta hansısa təşkilatdan birdən çox adam naharda iştirak etmək istəsə belə, hər bir şəxs bir milyon dram ödəməlidir.

“Hazırda 53 uğurlu iş adamı lazımi məbləği köçürüb və şam yeməyində iştirak edəcək”, deyə məlumatda vurğulanır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm