Sosial
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Səbail rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən Zəfər liseyinin şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Maraqla keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO




























.jpg)

