Sosial
"Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə ölkə ərazisində 111 min 111 ağac əkildi - FOTO
Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfə təşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 min 111 ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a bildirilib ki, "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Türkiyə, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.
"Türk dövlətləri milli ağaclandırma günü“ Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.
-
Avropa10:14Latviyada nə baş verir? - Daha bir NATO hərbçisinin meyiti tapıldı
-
Sağlamlıq09:11Bu məhsullar sizi sağlam və gümrah saxlayacaq
-
İdman08:48Fiziyev UFC-dəki növbəti görüşündə məğlub oldu
-
Dünya07:47Dəhşətli qəza: 14 nəfər həlak oldu, çox sayda yaralı var
-
Magazin106:16Göksel Bakıda “Bu qala, daşlı qala” oxudu - VİDEO
-
Sağlamlıq05:15Bir fincanda 15 plastik parça - Bu çayları əsla almayın
-
ABŞ04:14Jirinovskinin adı qalmaqallı sənədlərdə - “Millətçi təlxək”
-
Dünya02:42Güclü zəlzələ krallığı silkələdi






























.jpg)






