Sosial
“Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda forum keçirildi - FOTO
Bakıda “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda forum keçirilib.
Publika.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən forum Azərbaycan Gəncləri Gününə həsr olunub. Forumun əsas məqsədi rəqəmsallaşma və innovasiyanın şəxsi inkişafa təsiri, gənclərin müasir dövrün tələblərinə uyğun bacarıqlarının formalaşdırılması, eləcə də bu istiqamətdə dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumatlılığın artırılması olub.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklar ilə iş şöbəsinin müdiri Elvin Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən bəhs ediblər. Çıxışlar zamanı innovasiya və rəqəmsal dəyişimin insan kapitalının inkişafında rolu, gənclərin bu proseslərə adaptasiyası və mövcud
imkanlar haqqında məlumat verilib. Forum çərçivəsində “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Hamlet Məmmədov, “LTC Lab”ın həmtəsisçisi Əli Xəyyam və “SABAH.fund” vençur kapital fondunun investoru Məsud Alısoy spiker qismində çıxış ediblər. Panel müzakirəsi zamanı gənclərin şəxsi inkişafında innovativ və rəqəmsal layihələrin rolu, rəqəmsallaşma dövründə fərdi inkişaf üçün strateji yanaşmalar, innovasiya ekosisteminin şəxsi inkişafa təsiri, eləcə də rəqəmsal bacarıqların və innovativ düşüncənin investisiya dəyəri ətrafında müzakirələr aparılıb.
Sonda keçirilən sual-cavab sessiyasında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib. Qeyd edək ki, layihə gənclərin şəxsi inkişaf hədəflərini müəyyənləşdirməsinə və müxtəlif sahələrdən peşəkarlarla tanış olaraq şəbəkələməsinə şərait yaradıb.
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu







.jpg)
.jpg)
























