Sosial
Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşdü
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, xanım Dana Firas arasında görüş keçirilib.
Qonağı salamlayan nazir bu mötəbər tədbirdə fəal iştirakına görə təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün də geniş perspektivlər var. Xanım şahzadə ölkəmizə səfər etməsindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu dilə gətirib.
O, ötən axşam Azərbaycan Dövlət Pantomima Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşasını maraqla izlədiyini, aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib. Söhbət zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)