Sosial
Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - VİDEO
Milli Məclis plenar iclasında ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşdan keçərək qəbul edilib.
Publika.az xəbər verir ki, bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.
Mövzu ilə bağlı itv-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan millət vəkili Müşfiq Məmmədli bildirib ki, hazırda büdcə müzakirələri gedir və səhiyyə büdcəsi 3 milyard 650 milyonla çatıb:
“Əvəllər xəstəxanada yatıb sonra evə buraxılan xəstələr bərpa müddətindəki dərmanları öz vəsaitləri hesabına alırdılar. Eyni zamanda xəstəxanaya getmədən vətəndaşlar həkimlərin yazdığı reseptləri də öz vəsaitləri ilə əldə edirdilər. Bundan həmin vətəndaşlar yazılmış reseptləri və bərpa dövründəki dərman preparatlarını icbari tibbi sığorta fondunun vəsaiti hesabına alacaqlar. Bura kordioloji, yuxarı tənəffüz yollarının müalicəsi və həzm sistemi ilə bağlı preparatlar daxildir”.
-
Magazin206:46Danla dolğulara görə xəstəxanalıq oldu: bədənindən çıxanlar şok etdi - FOTO
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO











.jpg)




.jpg)

.jpg)









.jpg)







