Sosial
Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsini son oxunuşda müzakirəyə çıxarıb.
Publika.az xəbər verir ki, bugünkü plenar iclasda layihənin təqdimatı zamanı bildirilib ki, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.
Layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Məlumat üçün bildirək ki, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir.
-
Magazin206:16Güllünün qızı bütün ittihamları RƏDD ETDİ
-
Magazin205:15Türk serial tarixində bir ilk - FOTO
-
Yaxın Şərq04:44Livan-Suriya sərhədində TOQQUŞMA
-
Sosial02:12Azərbaycanda broyler yumurtaları da BAHALAŞDI - VİDEO
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR



















.jpg)













