Region
İran ABŞ-ın sülh planına cavab verdi
İran münaqişənin başa çatdırılması üçün ABŞ-ın təqdim etdiyi plana rəsmi cavab göndərib və hazırda Vaşinqtonun reaksiyasını gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadla məlumat yayıb.
"İranın ABŞ tərəfindən təklif olunan 15 bəndlik plana cavabı dünən axşam vasitəçilər vasitəsilə rəsmi şəkildə çatdırılıb. İran qarşı tərəfin reaksiyasını gözləyir", — deyə məlumatda bildirilir.
Xüsusilə, İran dəymiş ziyana görə kompensasiya, həmçinin zəmanətli təzminatlar (reparasiyalar) tələb edir.
Bundan əvvəl "The New York Times" qəzeti ABŞ-ın İrana münaqişənin nizamlanması üçün 15 bəndlik plan təqdim etdiyini yazmışdı. İsrailin "N12" telekanalının məlumatına görə, sənəddə Vaşinqton Tehrandan nüvə proqramının ləğvini, uranın zənginləşdirilməsindən imtina edilməsini və ehtiyatların MAQATE-nin nəzarətinə verilməsini tələb edir. Bunun müqabilində Vaşinqton sanksiyaların ləğvini və mülki nüvə energetikasının inkişafına dəstək verməyi təklif edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, habelə Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi





































.jpg)
