İdman
Liqa 1-dən mübahisəli qərar: "Lans" - PSJ oyunu təxirə salındı
Fransa Liqa 1-in XXIX turunun "Lans" - PSJ oyunu təxirə salınıb.
Publika.az xəbər verir ki, bu addım Paris klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"u ilə matça daha yaxşı hazırlaşa bilməsi səbəbindən atılıb.
Lakin Liqa 1-in qərarı birmənalı qarşılanmayıb. Çünki "Lans" hazırda ölkə çempionluğu uğrunda PSJ-nin əsas rəqibidir və qarşı tərəfin təxirəsalma ilə bağlı təklifini qəbul etməmişdi. Buna baxmayaraq, Fransa çempionatının təşkilatçıları "Lans"ın maraqlarını nəzərə almadan paytaxt təmsilçisinin xeyrinə qərar çıxarıblar.
Qeyd edək ki, "Lans"dan bir oyun az keçirən PSJ hazırda turnir cədvəlində 60 xalla ilk pillədədir. Liderdən bir xal az toplayan Lans şəhərinin eyniadlı təmsilçisi 2-ci sırada qərarlaşıb.
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı





































