Sosial
Çörək sexində nöqsanlar aşkarlandı - FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ş.Qurbanov küçəsində fəaliyyət göstərən Davudov Mahir Harın oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparıblar.
Agentlikdən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə döşəmə, divar, tavan və qida ilə təmasda olan səthlərin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, unun divardan ara məsafə gözlənilmədən saxlanıldığı, havalandırma sisteminin qurulmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara yığılmadığı, işçi heyət üçün isti-soyuq su və yuyucu maddələrlə təchiz edilmiş yuma sahəsinin ayrılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
-
MDB12:06Rusiyada məktəbə hücum: 10 yaşlı şagirdi öldürüb selfi çəkdi - VİDEO
-
Maraq dünyası11:38Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın oğlu bu modellə nişanlandı - FOTO
-
Sosial09:33Abbas Abbasov axtarışa verildi
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO





































