Hadisə
Azərbaycanlı sürücülər sərhəddə qalıb: Dekabrın 1-dək vaxtları var
Bir aydır yol gözləyirlər, amma sərhədi keçə bilmirlər.
Publika.az Xəzər TV-yə istinadla xəbər verir ki, Estoniya ilə Rusiya arasındakı Luhamaa sərhəd-keçid məntəqəsində qalan təxminən 50-yə yaxın sürücü çıxılmaz vəziyyətlə üzləşib.
Sürücülərin sözlərinə görə, onlar elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçiblər. Lakin, buraxılışın ləngiməsi səbəbindən gözləmə müddəti uzanıb, bir çoxunun növbə vaxtı keçib.
Azərbaycanlı sürücülərin sözlərinə görə, gözləmə müddəti həm maddi, həm də mənəvi baxımdan ciddi problemlər yaradıb. Onların istəyi problemin həll olunması və sərhədi keçmələri üçün şərait yaradılmasıdır.
Luhamaa sərhəd-keçid məntəqəsində gözləyən sürücülər üçün isə vaxt daralır. Çünki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki avtomobil keçid məntəqələrini müvəqqəti bağlamağı planlaşdırır. Həmin tarixədək sərhədi keçə bilməyən sürücülər isə ya gözləməyə davam etməli, ya da başqa marşrut seçməli olacaqlar. Bu isə sürücüləri əlavə xərcə sala bilər.
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi










.jpg)

.jpg)












.jpg)











