Sosial
Qızılağac Milli Parkında II "Flaminqo festivalı" keçirildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında növbəti "Flaminqo festivalı" keçirilib.
Publika.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Qızılağac Milli Parkının, eləcə də digər xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoturizm potensialını nümayiş etdirmək, biomüxtəlifliyin qorunmasının vacibliyini təbliğ etmək, eyni zamanda turizmin inkişafına dəstək verməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin rəsmilərinin, eləcə də milli parkı ziyarət edən turistlərin iştirak etdiyi festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri nümayiş olunub ki, bu da iştirakçılara ölkəmizdəki milli parkların flora və faunası ilə virtual tanışlıq imkanı yaradıb.
Qeyd edək ki, qonaqlar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzinti təşkil olunub, eyni zamanda ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə edib.
Festival çərçivəsində 200 minə yaxın çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə buraxılıb.
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI





































