Sosial
Xocalıda əmək hüquqlarını pozan şəxs cərimələndi
"Gökce" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Publika.az-a Xocalı Rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Xocalı rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Soner Sumerkan barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.
-
Rəsmi xronika16:55İlham Əliyev yeni sərəncamlar imzaladı
-
Sosial16:30Azərbaycan–Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası ifşa edildi
-
Sosial15:54Ramazan ayı bu tarixdə BAŞLAYACAQ
-
MDB15:36Lukaşenko Belarus üçün dayaq nöqtəsi olan ölkənin adını açıqladı: Rusiya deyil
-
Nida Xəbər 14:33Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
-
Dünya13:18Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
-
Yaxın Şərq13:00Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım
-
Dünya11:50Zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Bu bölgələr yüksək risk altındadır









.jpg)





.jpg)


.jpg)















