Sosial
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı – “Porsche Cayenne” avtomobilinin qalibi Urfan Buksayev olub.
“Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən, onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm veririk. Bu lotereya çərçivəsində yüzlərlə qalibə sevinc dolu anlar yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas hədiyyəsi – ‘Porsche Cayenne’ avtomobilinin qalibini elan edirik və bütün qalibləri səmimi-qəlbdən təbrik edirik!", -deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.
Qeyd edək ki, lotereya çərçivəsində sonuncu “Zeekr 001” avtomobilinin də qalibi müəyyənləşib. Samir Əskərov bu unudulmaz anın sevincini yaşayaraq lüks avtomobilinin açarlarını təhvil alıb.
Xüsusilə vurğulamaq istərdik ki, Bakcell lotereyası Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereya olub. Abunəçilər “Şans” paketi və Bakcell xidmətlərindən aktiv istifadə vasitəsilə möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə ediblər. Lotereya müddətində süni intellektin seçimi ilə ümumilikdə 92 “iPhone 17”, 13 “Zeekr 001” avtomobili və 1 “Porsche Cayenne” sahiblərinə təqdim edilib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
-
Dünya17:27İrana hücum ssenarisi: İsrail onların kütləvi təxliyəsinə hazırlaşır
-
Rəsmi xronika16:55İlham Əliyev yeni sərəncamlar imzaladı
-
Sosial16:30Azərbaycan–Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası ifşa edildi
-
Sosial15:54Ramazan ayı bu tarixdə BAŞLAYACAQ
-
MDB15:36Lukaşenko Belarus üçün dayaq nöqtəsi olan ölkənin adını açıqladı: Rusiya deyil
-
Nida Xəbər 14:33Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
-
Dünya13:18Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
-
Yaxın Şərq13:00Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım



















.jpg)















