Sosial
İmişli Şəkər Zavoduna media tur təşkil edildi - FOTOLAR
Ölkənin aparıcı media nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan İmişli Şəkər Zavoduna media tur keçirilib.
Publika.az xəbər verir ki, müəssisəni ziyarət edən jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin rəsmisi Məhəmməd Abışov qarşılayaraq onlara müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib.
Mütəxəssis bildirib ki, 2024-ci ildə şəkər çuğunduru əkinçiliyi sahəsində 24 rayon 94 kənd üzrə 216 mülkiyyətçi ilə müqavilə bağlayaraq bölgələrdə 7,374.02 hektar sahədə şəkər çuğunduru əkinin həyata keçirilməsi təmin olunub.
Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısının alınmasına mühüm töhfə verilir.
İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur. Zavodun Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşıladığı, həmçinin ixrac olunduğu da bildirilib.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən zavod “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında mühüm rol oynayır.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı










.jpg)
























.jpg)
