Sosial
Bakıda yeni söküntüyə görə bu qədər kompensasiya verilə bilər - Video
Bakının Nizami rayonunda 8 binanın sökülməsi, sakinlərin isə köçürülməsi planlaşdırılır.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söhbət əsasən köhnə yataqxanalardan gedir.
Vüqar Oruc bildirir ki, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına aparılması nəzərdə tutulur. O, söküntünün planlaşdırıldığı əraziləri və ehtimal olunan kompensasiya məbləğlərini də açıqlayıb.
O bildirib ki, ərazdiən və binadan asılı olaraq 2000-4000 min manat arası kompensasiya ödənilə bilər.
Cəmiyyət sədri vurğulayır ki, bu rəqəmlər yekun kompensasiya məbləğləri deyil. Ödənişlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqlənəcək. Sakinlərin köçürülməsi zamanı hansı variantın təklif olunması isə konkret ərazidə həyata keçiriləcək layihədən asılı olacaq.
Vüqar Orucun sözlərinə görə, proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək. Bundan sonra konkret bina ilə bağlı qərar veriləcək və sakinlər məlumatlandırılacaq. Söküntünün başlanacağı tarix və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi








.jpg)



.jpg)







.webp)



.jpg)













