Lula da Silva yenidən Braziliya Prezidenti oldu
Bizi izləyin

Dünya

Lula da Silva yenidən Braziliya Prezidenti oldu

Lula da Silva yenidən Braziliya Prezidenti oldu

Braziliyanın hazırkı prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Publika.az xəbər verir ki, bunu Braziliyanın Ali Seçki Məhkəməsinin məlumatları təsdiqləyir.

Seçki komissiyasının məlumatına görə, solçu İşçilər Partiyasının lideri Lula da Silva səslərin 51,79 %-ni toplayıb, onun rəqibi - sağçı müxalifəti təmsil edən senator Flavio Bolsonaru isə 48,21 % səs toplaya bilib.

Beləliklə, Lula da Silva Braziliyanın müasir tarixində birinci turda rəqibindən geri qaldıqdan sonra prezident seçkilərində qalib gəlməyi bacaran ilk siyasətçi olub.

Qeyd edək ki, Silvanın yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm