DYP sürücülərə çağırış etdi
Bizi izləyin

Sosial

DYP sürücülərə çağırış etdi

DYP  sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsini yağışlı hava ilə bağlı hərəkət iştirakçılara müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırdığı bildirilib:

"Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyi tələb edir.

Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaq tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçün də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları da məsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm