Nida Xəbər
Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir - Zakir Həsənov
Azərbaycan Ordusu maddi-texniki təminatına müasir silah, texnologiyalarına, döyüş hazırlığına, şəxsi heyətin peşəkarlığına görə regionun ən güclü ordularından biridir.
Publika.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimində deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir:
"Ali Baş Komandan İlham Əliyevin "Bizim ordumuz bizim qürurumuzdur" - fikirləri öz təsdiqini tapmış həqiqətdir. Bu, dövlətimizin hərbi gücünün göstəricisi, Azərbaycan Ordusuna olan inamın nümunəsidir. 2026-cı ildə Azərbaycan Ordusunun qələbə qazandığı 44 günlük Vətən müharibəsinin 6-cı ili tamam olur. Bu, təkcə hərbi üstünlük deyil, milli birliyimizin, dövlətçiliyimizin, Ali Baş Komandanın siyasi iradəsinin və ordumuzun peşəkarlığının təntənəsi idi".
Zakir Həsənov əlavə edib ki, bu gün məzun olan hər bir kursant xidmət yerindən aslı olmayaraq öz sahəsinin lideri olmalıdır:
"Siz gələcəyin rəisləri, komandirləri olacaqsınız. Hərbi Tibb fakültəsinin məzunları isə yalnız peşəkar hərbi həkimlər deyil, eyni zamanda, hər bir döyüşçünün həyatını qoruyan fədakar zabitlərdir. Zabitlərin yüksək səviyyədə hazırlanmasında Türkiyə Silahlı Qüvvələrin rolunu da qeyd etmək istəyirəm. Mən buna görə onlara təşəkkürümü bildirirəm. Bu gün məzunların arasında tərəfdaş, dost Qırğızıstan və Tacikistandan gələn kursantlar da var. Onlar burada sahib olduqları bilik və bacarıqlarını ölkələrində tətbiq etməklə yanaşı, ölkələr arasında dostluğu daha da möhkəmləndirəcəklər".
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...






















.jpg)











.jpg)

.jpg)