Sosial
FHN-də növbəti “açıq qapı günü” tədbiri keçirildi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Şirin Arılar” uşaq bağçasının azyaşlıları və tərbiyəçilərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO












.jpg)






















.jpg)
