Sosial
Nazirlik Keşlə bazarı ətrafındakı ağacların kəsilməsinə aydınlıq gətirdi
Yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd olunub ki, bununla bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi birgə məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.
Qeyd edilib ki, layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.
.jpg)
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video


























.jpg)







